İndiyədək 62 700-dən çox yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 62 747 ədəd yeni nəsil nəzarət kassa aparatı (NKA) quraşdırılıb

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, xidmət tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 % çoxdur.

Başa dön tuşu