Müstəqilaz

Qırğızıstan xüsusi xidmət orqanları Özbəkistanla sərhəd yaxınlığında qaçaqmalçılıq üçün daha bir gizli tunel tapıblar. Müstəqilaz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, obyekti iki ölkənin sərhəd rayonlarının sakinləri valyuta və qaçaqmalların daşınması üçün tikiblər. Artıq cinayətkarlar günahlarını etiraf edib və istintaqla əməkdaşlıq etməyə razılıq veriblər. Obyektin ölçüləri və digər xüsusiyyətləri hələ dəqiqləşdirilməyib.

Tapılan tunel Qırğızıstan xüsusi xidmət orqanlarının respublikaların sərhəddində tapdığı ilk tunel deyil. Mayın sonunda onlardan biri aşkar olunub.Tunelin uzunluğu 270 metrə, hündürlüyü isə 1,8 metrə çatır.

//outrotomr.com/4/5013541