Müstəqilaz

Türkiyədə iki gündür xəbər alına bilinməyən iş adamının avtomobili jandarma qruplarının axtarışları nəticəsində meşəlik ərazidə aşmış vəziyyətdə tapılıb. Avtomobil tanınmaz hala düşüb, xəsarət alan iş adamı xəstəxanaya çatdırılıb.

Müstəqilaz bu barədə Haberler-ə istinadən xəbər verir.

İki gündür axtarılan Səlim Topçuoğlunun ailəsi 112 Təcili Zəng Mərkəzinə zəng edərək Kastamonu İl Jandarma Komandanlığı qruplarından kömək istəyib.

Bunun üzərinə hərəkətə keçən jandarma qrupları təhlükəsizlik kameralarını araşdıraraq avtomobilin yerini tapmağa çalışıb. Maşın son dəfə Pınarbaşı səmtində göründüyü üçün Pınarbaşı-Azdavay avtomobil yolunda genişmiqyaslı axtarış əməliyyatına başlanılıb.

Bir müddətdir yol kənarlarında axtarılan Səlim Topçuoğlu Azdavayda Suğla yaylasının meşə sahəsində, ağac və kolların arasında tapılıb.

Yaralanan iş adamı Səlim Topçuoğlu hadisə yerinə çağırılan 112 Təcili yardım qrupları tərəfindən Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.Səlim Topçuoğlunun səhhətinin yaxşı olduğu bildirilib.

//lephaush.net/4/5013541