“İdman jurnalistikası”nın tələbələri Böyük Britaniyada səfərdədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramı tələbələrinin Böyük Britaniyada tədris-təcrübə proqramı başlayıb.

ASAPES-dən Metbuat.az-a verilən məlumata görə, 2 həftə davam edəcək proqram çərçivəsində tələbələrin London, Mançester və Liverpul şəhərlərində olan idman infrastrukturlarının media mərkəzləri və teleradio yayım şirkətlərinə səfəri planlaşdırılır.

İlk belə ziyarət “Media sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbəriyi altında Böyük Britaniyanın ən nüfuzlu radio şirkətlərindən biri “Virgin Radio”nun Londonda yerləşən baş ofisinə olub. Yayım şirkətinin “TalkSPORT” və “TalkSPORT2” idman radio və televiziyasının baş prodüseri Sara Kollins ilə görüşən tələbələr şirkətin yayım otaqları, radio avadanlıqları ilə tanış olub, həmçinin, canlı yayımda olan aparıcı və prodüserlərin iş prosesini izləyiblər.

Qeyd edək ki, hazırda “TalkSport” komandasının aparıcı və prodüserləri ilə çalışan Sara Kollins uzun illər BBC Teleradio Şirkətinin idman şöbəsinə rəhbərlik edib. O, BBC-də keçirdiyi 27 illik karyerası ərzində Nigeriya, həmçinin, Milan, Roma və Las Veqas şəhərlərindən yayımlar həyata keçirib, 30-dan çox idman klubu ilə əməkdaşlıq edən komandanın rəhbəri olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu