“Heyvan xəstəliklərindən qorunmaq üçün tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan Metbuat.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında, Həştərxan vilayətində və Krasnodar diyarında qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb. WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu