Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu