“Həsrətdə keçən ömrün nisgilləri”

Deyirlər ayrılıqlarda qadınlar övladları, kişilər isə vətənləri üçün daha çox darıxar. Xüsusiylə də vətən dustaq, oğulların da qolları qandalda olduqda.
Elə insanlar var ki, vətənindən nə qədər qürbətdə olsa da, hansı elmi, siyası karyeraya çatsa da vətən yadına düşdükdə uşaq kimi kövrələr.
Xüsusiylə vətən Laçın kimi Cənnətin bir guşəsi olan Gizləbirdi kəndi ola.
Haqqında bəhs etdiyimiz insan Mahir Abbaszadə də o şəxslərdəndir ki, bu gün Azərbaycanın siyasi, ictimai həyatında kifayət qədər nüfuza sahib olan birisidir.
Mahir müəllim 1975-ci ildə dağlar qoynunda zümrüd kimi göz oxşayan saf, təmiz diyarda dünyaya göz açıb. Taleyin qəddar “oyunu” taleyinə qaçqınlıq yazaraq, onu doğma elindən, obasından didərgin saldı. Uşaqlıq və gənclik illəri müstəqilliyini yeni qazanmış dövlətimizin ağır sınaq dövrünə təsadüf edən Mahir Abbaszadə həyatın ən ağır sınaqlarından başarı ilə çıxdı. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib müxtəlif orqanlarda məsul vəzifələrdə çalışmışdır. Eyni zamanda elmi fəaliyyətini davam etdirərək iqtisad elmləri üzrə fəlsəfə elmləri namizədi dərəcəsinə çatıb. Lakin,bununla da kifayətlənməyən Mahir müəllim elmlər doktoru olmaq üçün gərgin əmək sərf edir.
Mahir Abbaszadə doğma Laçınına olan vəfa borcu daima doğma el obasına faydalı olmağa təşviq edir. Məhz bu səbəblə 121-saylı Laçın seçki məntəqəsindən millət vəkili olaraq namizədliyinin İrəli sürülməsi qazandığı inam və sevginin təzahürüdür.
Uca Allah yaranmışların ən ali məqamda olan insanı, ondan da muqəddəsi, “sağ əli ilə verib, sol əlindən gizlədən” qulunu xəlq edib. Milli, mənəvi, əxlaqi dəyərləri həyatının qayəsi etmiş Mahir Abbaszadə tez-tez seçiciləri ilə görüşüb, onların qayğı və problemləri ilə dərindən maraqlanır, etdiyi maddi yardımlarının duyulmadığını isə əsla istəmir.
Onu Milli Məclisin deputatı olaraq bütün ölkə tanıyır. Xeyriyyəçi kimi isə çox az insan bilir. Mahir müəllim üçün yaxşılıq etmək, xeyir əməl sahibi olmaq, insanlara əl tutmaq dilə gətirilib söylənilən ən ayıb əməldir. Onun kimi vətəni əsarətdə olan birisi üçün vətəninin bir ovuc torpağını ona bağışlayan kim varsa, əlindən alınan uşaqlığını bağışlamış kimidir. O uşaqlıq ki, içərisində sevgi, şəfqət, xoşbəxt arzular, ümidli gələcək və nəhayətində doğma Laçını var. Azad və alnı açıq nisgilli Laçını.
Artıq Mahir müəllimin nisgilli vətən həsrətinə son qoyulub. Bu gün doğma el, obası ilə sarılıb vətəndə vətənsizliyini unudur.

Başa dön tuşu