Gürcüstan hökuməti Prezidentin üç ölkəyə səfərinə icazə vermədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı özü bildirib.

Prezident deyib ki, üç ölkəyə səfərlər çərçivəsində Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi barədə danışıqlar aparmağı planlaşdırırdı: “Mənə bildirdilər ki, hökumət statusun alınması prosesinin dəstəklənməsi üçün hər şey edib”.

S.Zurabişvili Gürcüstanın Avropadan başqa gələcəyinin olmadığını qeyd edib: “Mən Gürcüstana qayıdıram və bu gələcəyi orada müdafiə edəcəyəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu