“Günorta və axşam yeməkləri arasında çərəzlərdən istifadə edilməsi daha yaxşıdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Çərəzlər insan orqanizminin vitamin və minerallara gündəlik tələbatı ilə bərabər beyinin təbii yağlara olan ehtiyacını da ödəyir. Çərəzlərin tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı müqaviməti artırır. Həmin məhsulların qovurulmamış və ya çox az qovurulmuş halda istifadəsi məsləhət görülür. Qovurulan zaman qidalılıq dəyəri azala və tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a həkim-diyetoloq Sevinc Həsənzadə deyib: “Günorta və axşam yeməkləri arasında çərəzlərdən istifadə olunması daha yaxşı təsir edir. Səhər yeməyi zamanı 4-5 qoz ləpəsi qəbul edilə bilər. Allergiyası olanlar çərəzdən aşırı dərəcədə istifadə etməməlidirlər”.

Qoz və fındıq yağ, zülal, karbohidrat, C və B qrupu vitaminlər, maqnezium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 faizi insan orqanizmi üçün faydalı hesab olunur.

Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium kimi minerallarla zəngindir. Şirin badam təzə halda yeyilməlidir. İydə kalori dəyəri aşağı olduğu üçün pəhriz saxlayanlar üçün faydalıdır.

Qida dəyəri yüksək olduğundan bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını ödəməyə kifayət edir. Miqdarını nəzarətdə saxlamaqla günün hər saatında istehlak oluna bilər.

Çərəzləri alarkən onların xarici görünüşünə və düzgün saxlanılmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır.

Başa dön tuşu