“Göyçay tarixi” kitabı nəşr olunub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse prezidenti, Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının“Göyçay tarixi” kitabı bu yaxınlarda çapdan çıxıb.

Bu barədə Metbuat.az-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Azərbaycanın qədim tarixə malik bölgələrində biri olan Göyçayın tarixi haqqında bu günə kimi çox az araşdırmalar aparılıb, az sayda məqalə və kitablar yazılıb. Bu qədim diyarın tarixinin kompleks şəkildə hərtərəfli obyektiv tədqiqi əvvəlki ilərdə olduğu kimi bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir.

Kitabda Göyçayın miladdan əvvəl II miilikdən başlayaraqhazırki dövrə qədər olan tarixi ilk dəfə olaraq kompleks şəklində tədqiq edilib.

1867-ci ilin 9 dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdırdı ki, bura indiki 7 rayonun, Göyçay, Ucar,Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonlarının əraziləri daxil idi. Hazırda isəGöyçay rayonu ərazisində 55 kənd və bir şəhər vardır. Bunu nəzərə alınaraq Göyçayın tarixi kitabda iki dövrə bölünməklə yazılıb.

I dövr- Qədim dövrdən 1930-cu il 8 avqustuna qədərki, yəni Göyçayın qəza mərkəzindən rayon mərkəzinə keçdiyiilə qədərki dövrün tarixi;

II dövr- 1930-cu il 8 avqustundan sonrakı dövrün, yəni rayonlaşmadan sonrakı dövr ün tarixi (Azərbaycan SSR (8 avqust 1930-cu il-18 oktyabr 1991) və Azərbaycan Respublikası dövrü (1991- hazırki dövr)

Kitabın layihənin rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanov, elmi redaktorları f.e.d., prof. Asif Hacıyev, Əməkdr Jurnalist, s.ü.f.d. Fuad Babayevdir.

Kitabda Göyçayın tarixi ilk dəfə kopleks şəkildə yazıdığından müxtəlif rəylərin, münasibətlərin olmasını təbii hesab edirik. Tarixçilərin Azərbaycanın regionlarının, o cümlədən Göyçayın tarixinin araşdırılmasına daha çox diqqət ayırmasına ciddi ehtiyac var. İnanırıq ki, gələcəkdə tarixçilər regionların tarixinin araşdırlmasına daha çox maraq göstərəcək, ayrı-ayrı regionların, o cümlədən Göyçayın tarixinə aid yeni-yeni əsərlər ortaya qoyacaqlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu