Gecə klubunda yaralanan Aysel gizlinləri açdı: “Yalandan mənə dedilər ki…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, Medera klinikasında müalicə almışam. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır”.

Metbuat.az xəbər verir ki, bloger Aysel Şükürova “Location” gecə klubunda baş verən partlayışa görə məkan sahiblərindən şikayət edib. O, bununla bağlı sosial media hesabında paylaşım edib:

“Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi vermirlər Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin. Artıq 1 ayı keçib. Mənim 2 telefonum yanğın zamanı yanıb, həmçinin bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər. Lazımı yerlərə şikayət vermişəm. İnşallah layiqi cəzaların taparlar”.

Qeyd edək ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu