Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musteqil.az-a bildirilib ki, iyunun 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub.

Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın keçmiş həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//outrotomr.com/4/5013541