Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Füzulidə yabanı halda bitmiş 328 ədəd çətənə kolu məhv edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu