Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.

Nazirlikdən Musteqil.az-a verilən məlumatda deyilir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks səda doğurub.

“Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, – məlumatda vurğulanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541