Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Musteqil.az-a bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sahibi məlum olmayan ərazidə müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkarlanıb.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələlərlə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541