ETİ-nin əməkdaşları İtaliyada keçirilən beynəlxalq konfransda iştirak ediblər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları “İSECCER” in İtaliyada kecirdiyi “Tətbiqi sosial elmlər, iqtisadiyyat, idarəetmə, və təhsil tədqiqatları” mövzusunda V Beynəlxalq elmi konfransında iştirak ediblər.

Metbuat.az-a AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, konfransda ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənova “Azərbaycanda meliorasiya və su təsərrüfatı: Qarabağın işğalından sonra və əvvəl”, həmin şöbənin əməkdaşı elmi işçi Aybəniz Osmanova isə “Qədim Hindistanda riyaziyyat” mövzusunda məruzələrini təqdim ediblər.

Qeyd edək ki, müxtəlif ölkələrdən, əsasən türk çoğrafiyasından iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə birgə keciriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb.

Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu