Ermənistanın Baş prokuroru Azərbaycan ərazisinə qanunsuz səfər etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Ermənistanın Baş prokuroru Azərbaycan ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərini şərh edib.

Bildirilib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, post-münaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir:

“Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu