Müstəqil.az

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan bölmələrinin Sünik vilayətində Nerkin Xand kəndinin qarşısında təkrar irəliləməsi baş verməyib.

Müstəqilaz xəbər verir ki, nazirlik Ermənistan KİV-də yayılan məlumatları əsassız adlandırıb.

Bundan əvvəl “Sputnik Ermənistan” peykdən təzə kadrlar əsasında Azərbaycan ordusunun kənd istiqamətində yerləşən dağlıq ərazidə iki sahədə irəliləməsini qeydə almışdı. Məqalə dərc olunmazdan əvvəl Müdafiə Nazirliyindən şərh üçün müraciət edilsə də, nazirlik suallara cavan verməyib. 

Lakin bu səhər müdafiə idarəsi 21 mart tarixli bəyanatına istinadən bildirib ki, sərhədin göstərilən hissəsində Azərbaycan bölmələrinin yerləşdirilməsi 9 noyabr 2020-ci ildən sonra, yəni müharibədən sonrakı dövrdə baş verib.

“Hadisə ilə bağlı Ermənistan Silahlı Qüvvələri Azərbaycan bölmələrini nəzarətə götürmək üçün zəruri tədbirlər görüb, nəticədə Azərbaycan hərbi qüvvələrinin hərəkətinə erməni silahlı qüvvələri tam nəzarət edir, irəliləmək cəhdi isə cavab hərəkətlərinə səbəb olacaq” – deyə məlumatda bildirilir.

//lephaush.net/4/5013541