Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Energetika Nazirliyində “23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib.

Musteqil.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Energetika nazirinin müavini Elnur Soltanov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin siyasi və idarəçilik fəaliyyətinin, həmçinin dövlət idarəçiliyi sistemində həyata keçirdiyi islahatların ölkəmizin inkişafında mütərəqqi rolu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsindəki islahatların uğurla davam etdirildiyi, dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi və qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə onların sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının daim diqqət göstərdiyi məsələlərdən biri olduğu qeyd edilib.

Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov çıxış edərək, dövlət qulluqçularının dövlətçiliyimizin möhkəmlənməsi və inkişafına verdikləri töhfələrdən danışıblar. Çıxışlarda dövlət qulluğu sahəsində mövcud qanunvericiliklə nəzərdə tutulmuş vacib meyarların hər zaman rəhbər tutulmasının zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə Nazirlik və tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//alpidoveon.com/4/5013541