Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyanın ən böyük buğda ixracatçıları sırasında yer alan Rusiya və Ukraynada müharibə səbəbindən taxıl satışı ilə bağlı problemlər yaşayır. Ukrayna limanlardan çıxışlara mina qoyması səbəbindən xarici ölkələrə məxsus gəmilər uzun müddətdir ölkədən çıxa bilmir. Rusiyada isə taxılın böyük hissəsinin ixrac olunduğu Novorossiysk limanına da hazırda sanksiyalar tətbiq edilir.

Musteqil.az “Oec.world”ə istinadən xəbər verir ki, bu iki ölkədən əlavə dünyanın bir neçə ölkəsi də buğda ixracında önəmli yer alır.

2020-ci ildən bəri qeyd edilən statistikaya görə, dünyada əsasən 5 ölkə – Rusiya 19,5%, Kanada 13,9%, ABŞ 13,7%, Ukrayna 9%, Fransa isə 9,3% faizlə ixracatlıq mövqeyində liderdir.

Rusiya buğdanı əsasən Misir, Türkiyə, Nigeriya, Banqladeş və Pakistana ixrac edir. Kanada isə Çin, İndoneziya, Yaponya, İtaliya və ABŞ-na buğda ixrac edir.

ABŞ-ın əsas idxalçı ölkələri Çin, Filippin, Meskika, Yaponya, Cənubi Koreyadır. Fransa da ixrac prosesində Argentina, Çin, Belçika, Hollandiya, Mərakeşə buğda ixrac edir.

Ukraynaya gəlincə, Misir, İndoneziya, Pakistan, Banqladeş, Livan bu ölkənin əsas idxalçılarıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541