Dünya ulduzu Türkiyədə futbol oynayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Atletiko Madrid”in hücumçusu Luis Suares karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Metbuat.az xəbər verir ki, “Trabzonspor” və “Qalatasaray” klublarının 35 yaşlı uruqvaylı hücumçu ilə danışıqlar apardığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, “Qalatasaray” Suaresi transfer etməyə daha yaxındır. Buna səbəb Suareslə eyni milli komandada forma geyinən “Qalatasaray”ın qapıçısı Fernando Musleranın danışıqlarda iştirak etməsidir. İddialara görə, Muslera artıq Suaresi “Qalatasaray”a transfer olmaq üçün razı salıb. Suares türk klubundan 2 illik müqavilə tələb edir. “Qalatasaray” klubu isə futbolçuya 1 illik müqavilə və 3 milyon avro məvacib təklif edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu