Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Dünya bazarında “qara qızıl”ın qiyməti artıb.
Musteqil.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 115,76 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,23% artaraq, 114,93 dollar təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.