Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək “Son Zəng” günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.

Musteqil.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, valideynlərin həmin gün avtomobilləri övlalarına həvalə etmə hallarına rast gəlinir:

“Əziz valideynlər və məzunlar. Hər birinizi dərs ilinin başa çatmağı münasibəti ilə təbrik edirik. Hər il olduğu kimidə bu il də Təhsil Nazirliyi tərəfindən məzunların “Son zəng” tədbirini hansı qaydada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib. Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə “Son zəng” günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq! Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlərki, həmin avtomobillərlədə müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər. Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbardarlıq edirik ki, idarə etmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Bu ilk öncə inzibati xətadır.

Belə hallarda bəzən ictimai əsayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541