Müstəqil.az

Dünyaya demokratiya və insan haqları mövzusunda dərs keçməyə çalışan ABŞ-da polis hamilə qadına beş dəfə atəş açıb.Qadının sonrakı taleyi haqda məlumat yoxdur.Kadrlarda hamilə qadının yerdə hərəkətsiz şəkildə uzandığı görünür.

Kanzas Siti polisinin keçən cümə günü oğurlanmış avtomobili axtararkən hamilə qadına beş dəfə atəş açdığı bildirilir.

Yerli media xəbər verir ki, cümə günü avtomobil oğurluğu barədə məlumat alan iki polis məmuru oğurlanmış avtomobilin şəhərdəki “Family Dollar” ticarət mərkəzinin dayanacağında şəxsiyyətini müəyyən edib.

İki polis əməkdaşı avtomobilə yaxınlaşarkən, avtomobildə olan iki nəfərdən biri olan, orta yaşlı kişi qapını açaraq qaçıb.

Avtomobildə olan digər şəxs, 26 yaşlı hamilə qaradərili Leonna Hale əllərini qaldıraraq silahsız olduğunu göstərsə də, avtomobilin içərisində silah olduğunu söyləyib.

Hadisə şahidləri bildiriblər ki, polis bu zaman hamilə qaradərili qadına 5 dəfə atəş açıb. Hadisə anını lentə alan “Shedanja” adlı hadisə şahidi qadına əlləri havada olmasına baxmayaraq 5 dəfə atəş açıldığını, daha sonra qan içində yerdə uzanaraq qandallandığını vurğuladı.

Hadisə şahidi “Shedanja” qeyd edib ki, gənc qadın da hamilə olduğunu polisə bildirib.

Yerli hakimiyyət polisin atəş açması nəticəsində gənc qadının ağır yaralandığını təsdiqləyib və daha sonra onun aparıldığı xəstəxanada səhhətinin yaxşılaşdığını bildirib.

Missuri Ştat Yol Patrul Polisi insidentdə iştirak edən iki polis əməkdaşının fəaliyyətini dayandırdığını açıqlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

//lassampy.com/4/5013541