Müstəqilaz

Eyüpsultanda həyat yoldaşının “Mənə 5 il əvvəl təcavüz etdi. İndi yenə bezdirir” dedikdən sonra evinə çağırdığı Abdullah Koşarı öldürən Aslan İlhan itkin düşüb. Koşarın cəsədinin yanında “Namussuzluğun bədəli budur” yazısı olan kağız aşkarlanıb. Polis İlhanın tutulması üçün işə başlayıb.

Müstəqilaz bu barədə Haberler-ə istinadən xəbər verir.

Dünən axşam saat 22:00 radələrində Eyüpsultan Yeşilpınar Mahallesi Gürpınar prospektindəki bir evdə baş verən hadisədə S. İlhan həyat yoldaşı Aslan İlhana (36) Abdullah Koşar (39) adlı birinin 5 il əvvəl təcavüz etdiyini və yenidən həmin şəxsin təcavüzünə məruz qaldığını bildirib.

Həyat yoldaşının dediklərindən sonra Aslan İlhan həyat yoldaşının telefonundan Abdullah Koşara mesaj göndərərək onu evlərinə çağırıb. Aslan İlhan mesajdan sonra evə gələn Koşarı həyat yoldaşının gözü qarşısında silahla başından vurub. Koşar qanlar içində yerə yıxılarkən, Aslan İlhan isə “Namussuzluğun bədəli budur” sözləri yazılan qeydini buraxaraq qaçıb.

Hadisə ilə bağlı polisə verdiyi ifadəsində S.İlhan, “Abdullah Koşar 5 il əvvəl mənə təcavüz etdi. Keçən ay yenidən mesaj yazıb məni yanına çağırdı. Əvvəlcə səsimi çıxarmadım, ancaq həyat yoldaşıma danışdım. Bunun üzərinə həyat yoldaşım çox əsəbiləşdi və telefonumdan Abdullaha zəng etdi: “Hadisə gözümün qabağında oldu. İlhan qaçdı, mən də o panika ilə qaynım Erdalın evinə getdim. ” deyə bildirib.

Hadisə ilə bağlı araşdırma başlatan polis, şübhəli İlhan Aslanın tutulması üçün çalışır.

//lephaush.net/4/5013541