Müstəqilaz

Dənizlinin Acıpayam rayonunda ailələrinin itkin düşdüyünü bildirdikdən sonra axtarış işlərinə başlanılan İsmayıl Yalçın və Hasan Akkösenin cəsədləri torpaq və qayalarla örtülmüş su quyusunda tapılıb.

Müstəqilaz bu barədə Haber7-ə istinadən xəbər verir.

İyunun 9-u axşam saatlarında Acıpayam rayonunda 19 yaşlı İsmayıl Yalçın və 17 yaşlı Həsən Akkösenin ailəsi övladlarının itkin düşdüyünu bildirdikdən sonra dünən Serinhisar rayonundakı Dəvəli Kuyusu ərazisindəki su quyusunda axtarış işlərinə başlanılıb.

Su quyusunun yaxınlığında tikinti texnikası ilə başlayan işlər saat 05.00 radələrində başa çatıb.

Rayona göndərilən tikinti texnikası iki gün ərzində dərinliyi 26 metr olan su quyusund qazıntı işləri aparıb.

Daha sonra yanğınsöndürmə briqadalarının xilasetmə qrupları işə dəstək verib. Təxminən 5 saat davam edən qazıntı işləri zamanı quyuya atılan daşlar bir-bir çıxarılıb, torpaq boşaldılıb.

Birinci gəncin meyiti saat 03.30 radələrində, digər gəncin meyiti isə saat 05.30 radələrində tapılıb.

Gənclərdən birinin başından, digərinin isə kürəyindən tüfənglə vurulduğu öyrənilib.

İşlər, Bölgə Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Cinayət Büro Komandirliyi qruplarının nəzarəti ilə icra olunub.

Hadisə yerinə gələn prokurorun araşdırmasından sonra gənclərin cəsədləri yarılması üçün Pamukkale Universiteti Xəstəxanasına aparılıb.

İstintaq çərçivəsində saxlanılan 9 nəfərdən 7-si Polis İdarəsində ifadələri alındıqdan sonra ədliyyəyə aparılıb.

Şübhəlilər arasında gənclərlə son dəfə telefonla danışdığı təsbit edilən M.A da daxil olmaqla 7 nəfər məhkəmə tərəfindən həbs edilib, digər 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

İstintaq zamanı M.A qətli törətdiyini etiraf edib və zərərçəkmişlərlə borc məsələsinə görə mübahisə etdiyini bildirib.

Digər tərəfdən, şübhəlinin cümə axşamı axşam meşədə zərərçəkənlərlə görüşdüyü və qətli orada törətdikdən sonra getdiyi bildirilib.

Bildirilib ki, şübhəli şəxs daha sonra avtomobili yanacaqdoldurma məntəqəsində təmizlədikdən sonra sahibinə təhvil verib.

İddia edilib ki, M.A qətli törətdikdən sonra digər 8 nəfəri də mikroavtobusa mindirərək su quyusunun olduğu yerə gətirib.Onlar quyuya daş və torpaq doldurublar.

Digər tərəfdən, itkin düşən gənclərdən Həsən Akkösenin itkin düşdüyü gecə sevgilisini axtardığı üzə çıxıb. Rəfiqəsinin polisə verdiyi ifadədə “Həsən gizlicə cib telefonu ilə mənə zəng edərək “Mustafa A” adını verdi. Sonra “Aman Allahım” deyə səs eşidildi və telefon söndürüldü.”

//outrotomr.com/4/5013541