Bu ilin yanvar-may ayları üzrə hasil edilən neftin miqdarı açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2022-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Metbuat.az-a Energetika Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.

Hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,7 milyon tona yaxın konsorsiumun, 696 min tonu isə SOCAR-ın payına düşür.

Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri “Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, “Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu