Bu gün ilin son dərs günüdür

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır. Bu gün bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Metbuat.az xəbər verir ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəblərin idman və ya akt zallarında təşkil olunmalıdır.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 uşaq başa vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu