BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir.

Metuat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir.

Paytaxtda 46 470 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 484 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu