“Bircə burnumu əməliyyat etdirmişəm” – Lətifə Soyuöz

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Mənə deyirlər ki, başdan-ayağa kimi botoksan. Botoks ancaq qaş nahiyəsinə vurulur. Adam başdan-ayağa kimi necə botoks ola bilər? Bu gün kosmetoloji mərkəzə gedəndə baxırsan ki, nə qədər adam var. Hamı özünü gözəl görmək istəyir. “Instagram”dakı maskalar bizi birtəhər edib. Effektləri qoyursan burnun, boğazın yığılır. Başlayırsan ki, burnumu yığım, onu edim”.

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “Səhər mərkəzi” proqramında deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı yazılanlara münasibət bildirib: “Bircə dəfə əməliyyat olunmuşam, onda da burnumu etdirmişəm. Bir də üzümə kosmetoloji baxımlar etdirirəm”.

Pəhriz saxladığını, idmanla məşğul olduğunu deyən xanım müğənninin arıqlaması da diqqətdən yayınmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu