Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə Musteqil.az-a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Cinayət Məcəlləsinin 259-cu və 314-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 8-nə təyin edilmiş iclasında baxılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541