Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Metbuat.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq

2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

3. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq

4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

7. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

9. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən yol boyunca, Xətai prospeki istiqamətində sıxlıq müşahidə olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu