Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Musteqil.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541