Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyi iyunun 4-5-də Bakı şəhərində və Abşeron rayonunda 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.

Bu barədə Musteqil.az-a qurumdan məlumat verilib.

Məlumata görə, yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları satacaq.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541