Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musteqil.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.