​Azovstalda həlak olan bəzi ukraynalı döyüşçülərin cəsədləri Kiyevə təhvil verilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azovstal polad zavodunda Mariupol limanını ruslardan müdafiə edərkən həlak olan bəzi ukraynalı döyüşçülərin cəsədləri Kiyevə təhvil verilib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, döyüşçülərin ailələri bunun Rusiya ilə əsir mübadiləsinin bir hissəsi olduğunu və hər tərəfin 160 cəsədi qəbul etdiyini bildiriblər.

“Telegram” kanalında qeyd edilən məlumata görə, Ukrayna tərəfində olan 50-dən çox cəsəd Azov alayının üzvləridir. Həmçinin əlavə edilib ki, digər məhbusların dəyişdirilməsi ilə bağlı danışıqlar davam edir.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl 2500-dən çox Azovstal müdafiəçisinin, o cümlədən sərhədçilərin, polis və ərazi müdafiəsinin hazırda Rusiya tərəfindən saxlanıldığını qeyd edib. Kiyev onların hamısının təhvil verilməsini istəyir, lakin Rusiyanın bir sıra aparıcı qanunvericiləri bəzi əsgərlərin – xüsusilə Azov alayının mühakimə olunmasını tələb edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu