Azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsi təmin etməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu