Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Musteqil.az-a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1 021 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 098,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.