“Azərsu” içməli suyun kəsilməsiylə əlaqədar abonentlərdən üzr istəyib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Metbuat.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu