“Azəriqaz” sabah hesabat verəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Metbuat.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Həm cari ilin 5 ayı, həm də may ayının yekunlarına dair hesabat təqdim olunacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu