Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Hazırda 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır”.

Metbuat.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır: “Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu