Azərbaycanda ağır qəza – “06” iki yerə bölündü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Biləsuvar rayonunda yol qəzası baş verib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu