Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 346,7 milyon ABŞ dolları azalıb.

Musteqil.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 814,1 milyon ABŞ dolları artması (29,5 % çox), cəlb olunmuş investisiyaların repatriasiyası 2 milyard 842 milyon ABŞ dolları azalması (2,2 dəfə çox), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (0,07 % az), portfel investisiyaları 48,8 milyon ABŞ dolları azalması (44,4 dəfə çox), digər investisiyaların 279,8 milyon ABŞ dolları artması (əvəlki il azalma olub) təmin edib.

//thaudray.com/4/5013541