Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musteqil.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 196 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 151 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 807, bu günə qədər isə ümumilikdə 6 945 598 test icra olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541