Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musteqil.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 89 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 826, bu günə qədər isə ümumilikdə 6 929 541 test icra olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541