Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə Musteqil.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

“Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət etsin”, – məlumatda qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541