Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.

Musteqil.az-a bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə Nazirlər Kabinetinin Regionların inkişafı şöbəsinin müdir müavini İlqar Poladov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi sədrinin müşaviri Mehman Rzayev, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya və su təsərrüfatı istismarı şöbəsinin müdir müavini Qulu Kərimov və Sudan İstifadəedənlər Birlikləri üzrə iş sektorunun müdiri Akif Quliyev iştirak edir.

30 may-4 iyun tarixlərini əhatə edəcək səfər proqramı çərçivəsində Türkiyənin Ankara, Urfa, Qazientep, Manisa, İzmir və digər şəhərlərində su idarəedilməsi ilə məşğul olan qurum rəsmiləri, elmi-tədqiqat mərkəzləri ilə görüşlər, sahə səfərləri nəzərdə tutulub. İlk olaraq Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Dövlət Su İşləri İdarəsinin müdiri Lütfi Akça və digər rəsmilərlə görüş keçirilib. Dövlət Su İşləri İdarəsinin mütəxəssisləri tərəfindən görülmüş işlər, idarəetmə yanaşmaları, torpaqların konsolidasiya edilməsi, suvarma sistemlərinin qurulması, sudan istifadəedənlər birliklərinin fəaliyyətləri barədə təqdimatlar edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541