Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Bu barədə Musteqil.az-a Müdafiə Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541