Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Musteqil.az-a verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi 100 metr məsafəyə brass üsulu ilə üzmə növündə 1.05.66 dəqiqəlik nəticə göstərib.

Bununla milli komandanın yarışda qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Roman Saley 1 qızıl və 2 gümüş medal əldə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541