Avropa Parlamentindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə parlamentarlar, Gürcüstan hökumətini Mixeil Saakaşvilini azad etməyə, Nika Qvaramiyanın işinə isə yenidən baxılmasına çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə qəbul olunan bu günkü qətnamədə qeyd olunub.

Sözügedən qətnamənin 12-ci bəndində deyilir: “Gürcüstan hakimiyyətini keçmiş prezident Mixeil Saakaşvilini xaricdə lazımi müalicə ala bilməsi üçün humanitar əsaslarla həbsdən azad etməyə çağırırıq”.

Sənəddə həmçinin, Mtavari Arxi kanalının baş direktoru Nika Qvaramiyaya qarşı hökm oxunması pislənib:

“Biz 2022-ci il mayın 16-da əsas müxalifətyönlü telekanalın baş direktoru Nika Qvaramiyaya hökm oxunmasını pisləyirik, bu da Gürcüstan məhkəmə sisteminə davamlı inamsızlığı vurğulayır; Sərhədsiz Reportyorlar təşkilatının Nika Qvaramiyanın hökmünə yenidən baxılması çağırışına qoşulur; Məhkəmə sisteminin müstəqilliyini və qərəzsizliyini artırmaq üçün geniş və əhatəli çoxpartiyalı proses vasitəsilə hökumətin həqiqi məhkəmə islahatlarını həyata keçirməsinin təcili ehtiyacını bir daha vurğulayırıq”,-deyə qətnamədə qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu